“vergiler.az” Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, ötən il yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1.848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 faiz təşkil edib.
Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 faizi Asan imza vasitəsilə imzalanmaqla təqdim olunub.