Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.
Ötən il 9.001 hüquqi şəxsin fəaliyyəti bərpa edilib ki, bu da 2021-ci illə müqayisədə 23,4 faiz çoxdur. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24 faiz artıb.
2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.