“vergiler.az” Dövlət vergi xidmətinə istinadən məlumat verir ki, cari ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30.620 olub ki, bu da ötən ilə nisbətən 14,4 faiz çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 faiz artaraq 46.701 vahid təşkil edib.