Belarus sənaye müəssisələrinin Azərbaycana ixracı 14 faizdən çox artıb

2023.01.23 17:34 (UTC+04:00)

Ötən ilin yanvar-noyabr aylarında Belarus sənaye müəssisələrinin Azərbaycana mal ixracı 14,4 faiz artıb. “vergiler.az” xəbər verir ki, bu barədə Belarus mətbuatı Sənaye Nazirliyinin hesabatına istinadən yazır.

Bildirilir ki, ötən ilin ilk 11 ayında ixracın ümumi artım tempi 114,1 faiz, idxalın isə 101,7 faiz təşkil edib. Məhsullar dünyanın 120 ölkəsinə tədarük edilib.

Hesabat dövründə MDB ölkələrinə ixrac 39,7 faiz (o cümlədən Rusiya Federasiyasına - 52,4 faiz, Qazaxıstana - 32,9 faiz, Qırğızıstana - 30,3 faiz, Tacikistana - 60,8 faiz) artıb.