2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub ki, bu da bir il öncəki göstəricidən 6,9 faiz və ya 49,6 min barel azdır.
“vergiler.az” Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, dekabr hasilatında 548 min barel xam neftin, 120 min barel isə kondensatın payı təşkil edib.
Ötən ilin dekabrında xam neft hasilatı 2021-ci ilin eyni ayının göstəricisindən 8,2 faiz (49,1 min barel), noyabr ayının göstəricisi ilə müqayisədə isə 0,4 faiz və ya 2 min barel azalıb. Müvafiq göstəricilər üzrə kondensat hasilatında 0,4 faiz (0,5 min barel) azalma və 0,8 faiz (1 min barel) artım qeydə alınıb.