Cənubi Qafqaz kəməri ilə qaz nəqli 18 faizdən çox artıb

2023.01.23 13:47 (UTC+04:00)

2022-ci il ərzində magistral qaz kəmərləri ilə 39 216,9 milyon kub-metr qaz nəql edilib ki, bu da bir il öncəki göstəricini 4 108,1 milyon kub-metr və ya 11,7 faiz üstələyir.

vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, qaz nəqlinin 53 faizi və ya 20 803,7 milyon kub-metri “Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib ki, bu da illik ifadədə 18,1 faiz çoxdur.