2022-ci il ərzində magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da bir il öncəki göstəricini 2 763,5 min ton və ya 7,9 faiz üstələyir.
“vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən, nəqletmənin 78,7 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb. İllik nisbətdə BTC kəməri ilə neft nəqli 12,6 faiz artıb. Dövr ərzində BTC kəməri ilə 5 103,9 min ton (artım 41,8 faiz) tranzit nefti də nəql edilib.