2022-ci ildə ictimai iaşə dövriyyəsi 2021-ci illə müqayisədə real ifadədə 37 faiz artaraq 1586,0 milyon manat təşkil edib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,6 faizi hüquqi şəxslərin, 50,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci illə müqayisədə 33,5 faiz artaraq 793,3 milyon manat olub.