Rusiya Azərbaycana marqarin tədarükünü artırıb

2023.01.17 17:59 (UTC+04:00)

Azərbaycan Rusiyadan marqarin idxalını 20 faiz artırıb. Ölkəmiz bu göstərici üzrə Özbəkistan (+65 faiz) və Qazaxıstandan (+31) sonra üçüncü yerdə qərarlaşıb.

vergiler.az” Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Aqrar Sənaye Məhsullarının İxracının İnkişafı Federal Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, məhsul tədarükündə artım Monqolustan (+20 faiz) və Tacikistan (+13 faiz) istiqamətində də qeydə alınıb.

Ötən il Azərbaycan “Rusaqro” şirkətlər qrupunun bu kateqoriya məhsulunu idxal edən ölkələr arasında ilk üçlükdə yer alıb. Belə ki, müəssisə Azərbaycana marqarin və spredlərin ixracını 215 faiz, Türkmənistana 6 faiz, Moldovaya isə 25 faiz artırıb.

Ümumilikdə, ötən il Rusiya marqarininin ixracı 390 min tona çatıb ki, bu da 2021-ci illə müqayisədə 36 faiz çoxdur.