Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işləri 38 faiz yerinə yetirilib

2023.01.16 16:15 (UTC+04:00)

2024-cü ildə tamamlanması nəzərdə tutulan 140,6 km uzunluğunda Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə işləri 78 faiz, tikinti işləri isə 38 faiz (53,2 km) yerinə yetirilib.

vergiler.az” Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, beynəlxalq əhəmiyyətli marşrut kimi Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yük daşımalarında mühüm rol oynayacaq.

Dəmir yolu xəttinin Horadiz-Ağbənd hissəsində Həkəri çayı üzərindən 13 aşırımlı, uzunluğu 418 metr olan dəmir yolu körpüsünün tikintisinin 85 faizi başa çatıb. Azərbaycanda ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artmasına təkan verəcək.