2022-ci ildə 22,3 milyard kubmetr qaz ixrac edilib

2023.01.13 15:20 (UTC+04:00)

2022-ci ildə 6,5 faiz artımla hasil edilən 46,7 mlrd. kubmetr qazın 22,3 mlrd. kubmetri ixrac edilib.

vergiler.az” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat ilində ölkənin qaz ixracı 18 faiz artıb. İxracın 51 faizi (11,4 mlrd. kubmetri) Avropanın, 38 faizi (8,4 mlrd. kubmetri) Türkiyənin, 11 faizi (2,5 mlrd. kubmetri) isə Gürcüstanın payına düşüb.