Azərbaycandan Moskva vilayətinə 1,3 min ton pomidor tədarük edilib

2023.01.12 14:56 (UTC+04:00)

Yanvarın əvvəlindən Moskva vilayətinə Azərbaycandan 1,3 min ton təzə pomidor tədarük edilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, Xidmət tərəfindən 80-ə yaxın nəqliyyat vasitəsinə baxış keçirib, idxal olunan məhsullara qarşı karantin və fitosanitar nəzarət mexanizmləri tətbiq olunub.

Aparılan laboratoriya tədqiqatları nəticəsində məhsulların karantin fitosanitar tələblərinə uyğunluğu təsdiq edilib və onların sərbəst satışına icazə verilib.