Ötən il Aktau limanından Azərbaycana 4,5 min tondan çox buğda daşınıb

2023.01.11 18:05 (UTC+04:00)

2022-ci il ərzində Aktau limanında yerləşən “Ak Biday” taxıl terminalı vasitəsilə 400,4 min ton taxıl daşınıb.

"vergiler.az" Qazaxıstanın taxıl bazarının operatoru olan "Ərzaq Müqavilə Korporasiyası" SC-yə istinadən xəbər verir ki, ötən il Azərbaycana 4,5 min tondan çox buğda ixrac edilib.

Bu ilin yanvar ayında 84 272 ton taxılın yüklənməsinin həcmi razılaşdırılıb. 2023-cü il üçün daşınma planı 400 min ton taxıl təşkil edir ki, bu da ötən illə müqayisədə bir qədər azdır.