2022-ci ilin yanvar-dekabr aylarında “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 9 889,0 mln. ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 3 920,6 mln. dollar və ya 65,7 faiz çoxdur.
Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 63,1 faiz və ya 558,207 mln. dollar artaraq 1 443 mln. dollar təşkil edib.
O cümlədən ötən il ərzində "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,567 mln. dollar əldə olunub ki, bu da illik nisbətdə 8,5 faiz və ya 25,76 mln. dollar çoxdur.