Azərbaycanda kompüter satışları artıb

2023.01.10 15:09 (UTC+04:00)

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 441,5 milyon manat xərclənib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 18,2 faiz və ya 67,9 milyon manat çoxdur.

Ötən ilin noyabr satışlarının dəyəri isə oktyabr göstəricisi ilə müqayisədə 16,1 milyon manat və ya 52,6 faiz artaraq 46,7 milyon manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisinə bərabərdir.