2022-ci ilin dekabr ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları noyabr ayı ilə müqayisədə 1 026,5 milyon ABŞ dolları və ya 12,9 faiz artaraq 8995,7 milyon dollara çatıb.
“vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində valyuta ehtiyatları 27,1 faiz və ya 1 920,7 milyon dollar artıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 7 075,0 milyon dollar təşkil edib.