Rostovdan 27 tondan çox ət və ət məhsulları tədarük edilib

2023.01.09 17:18 (UTC+04:00)

Bu ilin əvvəlindən Rusiya Federasiyasının Rostov vilayətindən Azərbaycana 27 tondan çox ət və ət məhsulları tədarük edilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, məhsullar baytarlıq və sanitariya baxımından təhlükəsiz sayılır. Məhsulların keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının nəticələri ilə təsdiqlənir.

Məhsulların Rusiya ərazisindən ixracına icazə “Argus” avtomatlaşdırılmış sistemi üzərindən verilib.