2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 mlrd. ABŞ dollarına yaxınlaşıb.
"vergiler.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 mln. dollar təşkil edib və bu, 2021-ci il ilə müqayisədə 10,3 faiz çoxdur.
Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 mln. dollar təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8 faiz çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 mln. dollar olub.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 713,4 mln. dollar təşkil edib.