2023-cü il dövlət büdcəsinin gəlirləri 30 774,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2022-ci ilin proqnozu ilə müqayisədə 1 576,2 mln. manat və yaxud 5,4 faiz çoxdur.
“vergiler.az” Maliyyə Nazirliyinin hazırladığı 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, cari il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 11 280,0 mln. manatını Dövlət Neft Fondundan transfert, 13 402,0 mln. manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 4 803,3 mln. manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 726,5 mln. manatını büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 562,2 mln. manatını isə digər gəlirlər təşkil edəcək.
Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 19 494,0 mln. manat proqnozlaşdırılıb. Bu, 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 813,7 mln. manat və ya 10,3 faiz çoxdur.