Dağıstandan kabel məhsulları idxal ediləcək

2023.01.06 15:47 (UTC+04:00)

Dağıstandan Azərbaycana kabel məhsullarının tədarükünə dair ixrac müqaviləsinin imzalanması planlaşdırılır.

vergiler.az” Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzin direktoru Ruslan Abasquliyev deyib.

Onun sözlərinə görə, kabel məhsullarının tədarükü ilə bağlı ilkin razılaşmalar ötən ilin sonunda Azərbaycan nümayəndə heyətinin Dağıstana biznes-missiyası çərçivəsində əldə olunub.

“Biz artıq ümumi məbləği 1 milyon dollardan artıq olan ixrac müqaviləsi imzalamağa hazırlaşırıq”, - R. Abasquliyev qeyd edib.