Ötən il Azərbaycan nefti 7 faizədək bahalaşıb

2023.01.05 09:52 (UTC+04:00)

2022-ci ilin nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 103,33 ABŞ dollarına bərabər olub.

vergiler.az”ın SOCAR-ın statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 31,7 dollar və ya 44,2 faiz çoxdur.

Ötən il ərzində ən yüksək göstərici 135,99 dollar təşkil edib (martın 8-i), ən minimal göstərici isə 78,07 dollar səviyyəsində olub (dekabrın 8-i).

2022-ci il ərzində Azərbaycan neftinin qiyməti 5,59 dollar və ya 6,8 faiz artıb.