Gələn il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı təsdiq olunub

2022.12.30 16:02 (UTC+04:00)

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Yaşayış minimumu haqqında" və "Ehtiyac meyarı haqqında" qanunları təsdiqləyib.

vergiler.az” xəbər verir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

2023-cü il üçün ehtiyac meyarının həddi isə 246 manat məbləğində təsdiq olunub.