Alüminium ixracı artıb

2022.12.30 15:34 (UTC+04:00)

Bu ilin noyabr ayında Azərbaycandan 26 717,89 min ABŞ dolları dəyərində 10 968,69 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 50,9 faiz, həcm olaraq isə 45 faiz çoxdur.

Ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində ölkədən 202 946,97 min dollar dəyərində 62 538,32 ton sözügedən məhsullar ixrac olunub. Bu, 2021-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,1 faiz, həcm baxımından isə 21,2 faiz çoxdur.

Qeyd edək ki, cari ilin ilk 11 ayında alüminiumun ümumi ixracda xüsusi çəkisi 0,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,55 faizə bərabər olub.