Azərbaycan Rostov vilayətinə 2 ton diri nərə balığı ixrac edib

2022.12.28 16:48 (UTC+04:00)

Azərbaycandan Rusiya Federasiyasının Rostov vilayətinə 2 tondan çox (28 ədəd) sənaye üsulu ilə yetişdirilməsi üçün diri nərə balığı (beluqa) ixrac edilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, təchizatçı öz məhsullarını Rusiya Federasiyasının ərazisinə çatdırmaq hüququ olan müəssisələrin siyahısına daxildir.

“Rosselxoznadzor” tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən baytarlıq qanunvericiliyinin pozulması halları aşkar edilməyib. Qanunvericilikdə nəzərdə tutulan bütün nəzarət tədbirləri başa çatdıqdan sonra yük alıcının ünvanına çatdırılıb.