Qara metalların ixracı 22 faizdən çox artıb

2022.12.28 12:16 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 130 314,59 min ABŞ dolları dəyərində 141 599,78 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 22,2 faiz, həcmi isə 2,9 faiz artıb.

Bu ilin noyabrında ölkədən 10 390,25 min dollar dəyərində 10 959,46 ton sözügedən məhsullar ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 21,6 faiz, həcm olaraq isə 18,8 faiz azdır.
Qeyd edək ki, cari ilin ilk 11 ayında qara metalların və onlardan hazırlanan məmulatların ölkənin ümumi ixracında xüsusi çəkisi 0,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,85 faizə bərabər olub.