Noyabrda sement ixracı artıb

2022.12.22 15:20 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 30 731,00 min dollar dəyərində 644 971,39 ton hazır və ya klinker formasında sement ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci il ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 42,5 faiz, həcm baxımından isə 12,9 faiz çoxdur.

Bu ilin noyabrında ölkədən 3 622,4 min dollar dəyərində 68 920,16 ton sözügedən məhsul ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 14,1 və 14,8 faiz çoxdur.

Qeyd edək ki, cari ilin ilk 11 ayında sementin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 1,14 faizə bərabər olub. Bu göstərici illik ifadədə 0,23 faiz bəndi artıb.