Bakı və Bişkekdə biznes-forumların keçirilməsinə dair razılıq əldə olunub

2022.12.22 09:59 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Qırğızıstan Sənayeçilər və Sahibkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq üçün Bakıda və Bişkekdə biznes-forumların keçirilməsi və memorandum imzalanması barədə razılıq əldə olunub.

ASK-dan “vergiler.az”a verilən məlumata görə, bu barədə tərəflər arasında keçirilən onlayn formatda görüşdə bildirilib.

Görüşdə işbirliyinin genişləndirilməsi üçün növbəti ildə daha sıx əlaqələrin yaradılmasının zəruri olduğu vurğulanıb, bir neçə sahədə konkret əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb. Həmçinin qarşılıqlı biznes missiyaların təşkil edilməsi və digər tədbirlər üçün “yol xəritəsi”nin hazırlanması təklif edilib.