Monqolustan Azərbaycana ət məhsulları tədarük etmək niyyətindədir

2022.12.21 17:49 (UTC+04:00)

Monqolustan müəssisələrinin Mərkəzi Asiya ölkələri, Azərbaycan və İrana halal ət tədarükünü artırmaq imkanları mövcuddur.

"vergiler.az" Monqolustanın "Montsame" agentliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın kənd təsərrüfatı naziri Aziz Voitovla onlayn görüş zamanı Monqolustanın kənd təsərrüfatı naziri Xayanqaa Bolorçuluun deyib.

Onun sözlərinə görə, bu məqsədlə monqol tədarükçüləri müvafiq beynəlxalq standartları istehsalata tətbiq edirlər.

“Ölkəmizin müəssisələri son illər istehsalata “halal” kəsim üçün beynəlxalq standartları tətbiq edirlər ki, nəticədə bu texnologiya ilə istehsal olunan ət məhsullarının Özbəkistan, Qazaxıstan, İran və Azərbaycan kimi ölkələrə tədarük etmək imkanı yaranır”, - deyə X. Bolorçuluun qeyd edib.