Özbəkistan, Qazaxıstan və Azərbaycanın avtomobil sənayesi “Türk Avtomobil Sənayesi” layihəsində bir araya gələcək.
“vergiler.az” “UzAuto”ya istinadən xəbər verir ki, layihə Avrasiya qitəsində avtomobil sənayesinin inkişafına yeni təkan verəcək və 65 milyon insandan çox əhalisi olan bazarları birləşdirəcək. Söhbət “UzAuto” avtomobillərinin "AzərMaş" (Azərbaycan) və “Allur” (Qazaxıstan) istehsalçılarının zavodlarında yığılmasından gedir.