Ölkədə tikinti materiallarının istehsalı 14,5 faiz artıb

2022.12.21 17:28 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində ümumi dəyəri 994,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artım müşahidə olunub.
vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, dövr ərzində tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz atıb.

Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:

Məhsul növləri

2022-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq ayına nisbәtәn, faizlә

Sement, min ton

3285,7

103,0

Tikinti gipsi, min ton

39,6

120,4

Tikinti әhәngi, min ton

41,2

110,7

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

84,2

109,9

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

43,6

60,0

Asfalt, min ton

178,4

97,8

Tikinti kәrpici, min kubmetr

545,9

88,4

Hörmә üçün hazır beton qarışığı, min ton

3063,0

126,5

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

32932,4

89,4