Gübrə ixracı noyabrda 9 faizdən çox artıb

2022.12.21 12:40 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 198 649,83 min ABŞ dolları dəyərində 335 481,44 ton azot gübrəsi ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,1 dəfə, həcmi isə 16,4 faiz artıb.

Bu ilin noyabr ayında ölkədən 16 791,88 min dollar dəyərində 31 218,94 ton sözügedən məhsul ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 8,4 faiz az, həcm olaraq isə 9,3 faiz çoxdur.

Qeyd edək ki, cari ilin ilk 11 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,55 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,39 faizə bərabər olub.