Azərbaycanın ticarət dövriyyəsində ilk 15 əsas ölkə açıqlanıb

2022.12.21 10:22 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ilk 15 əsas ölkə ilə ticarət dövriyyəsinin həcmləri açıqlanıb.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ticarət dövriyyəsinin həcminə görə ilk ölkə İtaliyadır. Bu dövlətlə ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 2,1 dəfəyədək artaraq 17 724 254,24 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 17 430 151,26 min dollar həcmində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisini 2,1 dəfədən çox üstələyir. İtaliyadan Azərbaycana isə 294 102,98 min dollar dəyərində məhsul idxal edilib ki, bu da illik ifadədə 21,6 faiz azdır.

Cari ilin ilk 11 ayında Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,4 faiz artaraq 5 371 393,11 min dollar təşkil edib.

Azərbaycandan bu ölkəyə 3 323 254,22 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-noyabr aylarının göstəricindən 31,4 faiz çoxdur. Hesabat dövründə 2 048 138,88 min dollar dəyərində idxal əməliyyatları aparılıb ki, bu da ötən ilin müvafiq göstəricisini 24 faiz üstələyir.

Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə cari ilin 11 ayında ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 22,9 faiz artaraq 3 264 444,67 min dollar təşkil edib.

Dövr ərzində Azərbaycandan Rusiyaya 859 324,08 min dollar (7,1 faiz çox) dəyərində ixrac, Rusiyadan Azərbaycana isə 2 405 120,59 min dollar (artım 29,7 faiz) dəyərində idxal əməliyyatları həyata keçirilib.

Ticarət dövriyyəsində əsas 15 ölkə üzrə göstəricilər:

#

Ölkələrin adı

Ticarət dövriyyəsi, min ABŞ dolları

1

İtaliya

17 724 254,24

2

Türkiyə

5 371 393,11

3

Rusiya

3 264 444,67

4

Çin

1 934 761,88

5

Hindistan

1 859 158,92

6

İsrail

1 607 180,52

7

Yunanıstan

1 376 217,59

8

Almaniya

1 166 857,07

9

Böyük Britaniya

1 001 641,58

10

Xorvatiya

963 800,7

11

İspaniya

931 002,44

12

Çexiya

778 954,72

13

Portuqaliya

754 474,2

14

Gürcüstan

682 860,8

15

İndoneziya

681 668,93