Rostovdan Azərbaycana 19 ton balıq göndərilib

2022.12.20 17:54 (UTC+04:00)

Rusiyanın Rostov vilayətindən Azərbaycana 19 ton dondurulmuş balıq göndərilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, məhsul laboratoriya sınaqları nəticəsində baytarlıq və sanitar baxımından təhlükəsiz sayılıb.

Balıq məhsulu dekabrın 12-dən 19-dək Azərbaycana ixrac üçün yoxlanılaraq emal edilib.