Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 052,3 min ton kartof istehsal olunub.
“vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 13 min ton və ya 1,2 faiz artıb.
Hesabat dövründə 54,8 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,3 faiz azdır.
Bununla yanaşı, cari ilin ilk 11 ayında kartof yığımında məhsuldarlıq 192 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-noyabr aylarının göstəricisindən 7 sentner və ya 3,8 faiz çoxdur.