Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 89 497,51 min ABŞ dolları dəyərində 118 576,08 ton xurma ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,1 faiz, həcmi isə 8,4 faiz azalıb.
Bu ilin noyabr ayında ölkədən 45 079,85 min dollar dəyərində 59 438,52 ton sözügedən məhsul ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 3,2 dəfə, həcm ifadəsində isə 3,1 dəfə çoxdur.
Qeyd edək ki, cari ilin ilk 11 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,25 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,33 faizə bərabər olub.