Bu ilin yanvar-noyabr ayıları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 217,02 milyon ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 19 007,76 milyon dollar və ya 62,9 faiz çoxdur.
Cari ilin 11 ayında ixrac əməliyyatları 36 335,55 milyon dollar olub ki, bu da 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 16 536,15 milyon dollar və ya 83,5 faiz çoxdur.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri 12 881,47 milyon dollar olub ki, bu da bir il öncəki göstəricidən 2 471,61 milyon dollar və ya 23,7 faiz çoxdur.
Nəticədə ölkənin xarici ticarətində 23 454,08 milyon dollar məbləğində müsbət saldo yaranıb. İllik ifadədə xarici ticarət üzrə müsbət saldo 2,5 dəfəyədək artıb.