Cari əməliyyatlar hesabına dair proqnoz dəyişməz qalıb

2022.12.16 12:40 (UTC+04:00)

Profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır. Bu şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 23,1 mlrd. ABŞ dollarına çatıb. Bu dövrdə qeyri-neft-qaz ixracının həcmi 16,2 faiz genişlənib və 2,4 mlrd. dollar təşkil edib.

2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerji daşıyıcılarının qiymətləri indiki səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir.

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsiylə müşayiət olunur. Bu da Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir.