Bərpaolunan enerji istehsalı 23,6 faiz artıb

2022.12.16 11:20 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 23,6 faiz və ya 354,9 mln. kilovat saat artaraq 1855,4 mln kilovat saat təşkil edib.

vergiler.az” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 1532,8 mln. kilovat saatı Su Elektrik Stansiyalarından, 79,1 mln. kilovat saatı Külək Elektrik Stansiyalarından, 59 mln. kilovat saatı Günəş Elektrik Stansiyalarından, 184,5 mln. kilovat saatı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodundan əldə olunub.

Operativ məlumatlara əsasən, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi elektrik enerjisi istehsalı 3,9 faiz artaraq 26 260,3 mln. kilovat saat təşkil edib ki, bunun da 7 faizi və ya 1855,4 mln kilovat saatı bərpaolunan enerji stansiyalarından əldə olunub.

Cari ilin 11 ayında elektrik enerjisi ixracı 2 546,8 mln. kilovat saat, idxalı isə 126,3 mln. kilovat saat təşkil edib.