Komi ixracatçılarının Azərbaycana biznes missiyası planlaşdırılır

2022.12.15 17:45 (UTC+04:00)

Rusiya İxraca Dəstək Mərkəzinin regional bölməsinin himayəsi altında Komi Respublikası ixracatçılarının Azərbaycana biznes missiyası nəzərdə tutulub.

vergiler.az” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, məsələ Komi Respublikasının iqtisadi inkişaf və sənaye naziri Yevgeni Ponomarenkonun Komi Respublikası müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransında müzakirə olunub.

Komidən olan sahibkarlara Azərbaycanın ağac məhsulları bazarı və istehlakçıların tələbatı barədə məlumat verilib.

Tədbirdə Azərbaycanda keçirilən ixtisaslaşmış sərgi tədbirlərində iştirak məsələlərinə də toxunulub.