Bakı və Abşeronda Yeni il yarmarkaları təşkil olunacaq

2022.12.15 16:24 (UTC+04:00)

17-30 dekabr tarixlərində Bakı və Abşeron ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, yarmarkalarda 50-ə yaxın regiondan 70-dən çox fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkalar Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında təşkil olunacaq.