Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qaz ixracı 19 faiz artaraq 20,1 milyard kubmetr təşkil edib.
“vergiler.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, ixracın 51 faizi (10,3 milyard kubmetri) Avropanın, 38 faizi (7,6 milyard kubmetri) Türkiyənin, 11 faizi (2,2 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 5,2 milyard kubmetr qazla təchiz edib.