Kənd təsərrüfatı istehsalı 3,4 faiz artıb

2022.12.14 18:15 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10383,8 milyon manat təşkil edib ki, onun da 4952,5 milyon manatı heyvandarlıq, 5431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

vergiler.az” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb.

Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 522,0 min ton, süd istehsalı 1,9 faiz artaraq 2036,3 min ton, yumurta istehsalı 8 faiz artaraq 1821,5 milyon ədəd təşkil edib.