OPEC 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının sutkada 59 min barel artaraq orta hesabla gündəlik 0,8 milyon barel səviyyəsinə çatacağını proqnozlaşdırır.
"vergiler.az"ın xəbər verir ki, bu rərəmlər OPEC-in neft bazarına dair aylıq hesabatında əks olunub.
Bildirilir ki, artım “Şahdəniz” qaz yatağında hasilatın artması, “Abşeron” yatağında qaz hasilatına başlanması hesabına baş verəcək.
Gələn il “Mərkəzi Şərqi Azəri” neft layihəsi işə salındıqdan sonra hasilatın daha da artacağı ehtimal olunur.
2021-ci illə müqayisədə isə bu il hasilatın sutkada 27 min barel azalacağı və orta hesabla sutkada 0,7 milyon barel olacağı bildirilir.