Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini inkişaf etdirmək niyyətindədir

2022.12.14 11:48 (UTC+04:00)

Qazaxıstan Azərbaycan, Çin və İran vasitəsilə neft nəqlini inkişaf etdirmək niyyətindədir.

vergiler.az”ın Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika naziri Bolat Akçulakov hökumətin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ixrac istiqamətlərinin şaxələndirilməsi ilə bağlı göstəriş çərçivəsində alternativ neft ixrac marşrutlarının inkişafı üzrə Yol Xəritəsinin layihəsi hazırlanıb.

“Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına, eləcə də Çin və İrana ixrac istiqamətlərinə xüsusi diqqət yetiriləcək”, - B.Akçulakov qeyd edib.