Rusiyanın Rostov vilayətindən Azərbaycana 119 tondan çox dondurulmuş balıq və balıq məhsulları göndərilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, ixrac olunan məhsulların baytarlıq-sanitariya baxımından təhlükəsizliyi və keyfiyyəti laboratoriya müayinələrinin nəticələri ilə təsdiqlənib.