AYİB Azərbaycanın aqrar sektoruna 2 milyon dollar sərmayə yatırır

2022.12.12 16:16 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aqrar-sənaye sektorunu dəstəkləmək məqsədilə yerli valyutada 2 milyon dollar ekvivalentində kredit ayırır.

vergiler.az” AYİB-ə istinadən xəbər verir ki, vəsait Salyan şəhərində səmərəli və ekoloji təmiz istixanaların quraşdırılmasına sərf olunacaq.

Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə direktoru Lourens Mereditin sözlərinə görə, maliyyələşdirmə iqtisadi və investisiya planının Azərbaycan biznesinə öz fəaliyyətini genişləndirməyə, yeni bazarlara çıxmağa, eyni zamanda enerji istehlakını azaltmağa kömək edə biləcəyinin praktiki nümunəsidir.

“Avropa İttifaqı və AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və əlavə iş yerlərinin yaradılması üzrə birgə məqsədə nail olmaq üçün fəaliyyətlərini davam etdirəcəklər”, - L.Meredit qeyd edib.