Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 13 053,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 14,7 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artıb.
İstifadə olunan vəsaitin 7161,1 milyon manatı və ya 54,9 faizi məhsul istehsalı sahələrinə, 5069,1 milyon manatı (38,8 faizi) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 10081,0 milyon manatını və ya 77,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 9596,1 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, sair vəsaitlər isə 3,8 faiz təşkil edib.