Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 111,0 milyon manatlıq, o cümlədən 25 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
“vergiler.az” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.