Dağıstan mallarının ölkəmizə ixracına dair ilkin müqavilələr bağlanılıb

2022.12.12 12:55 (UTC+04:00)

Azərbaycan sahibkarlarının Dağıstana biznes-missiyasının yekunlarına əsasən, mal və xidmətlərin ixracına dair ilkin müqavilələr bağlanılıb.

vergiler.az” Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, müqavilələrə əsasən, növbəti ildən Azərbaycana ət qəlyanaltılarının və sərinləşdirici içkilərin (limonad və meyvə şirələri) tədarükünə başlanılacaq.

Bununla yanaşı, Bakıda təşkil olunacaq sərgi salonunda Dağıstan kafelləri, günəş enerjisi ilə işləyən qızdırıcı qurğular, eləcə də mis kabel məmulatları təqdim olunacaq.

Əməkdaşlıq sahələrindən biri də turizm sektorudur ki, hava nəqliyyatının bərpasından sonra bu istiqamətin də dinamik inkişaf edəcəyi gözlənilir.