Təsərrüfatlarda tərəvəz istehsalı artıb

2022.12.12 10:31 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 729,3 min ton tərəvəz istehsal olunub.

vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 23,1 min ton və ya 1,3 faiz artıb.

Hesabat dövründə 65,2 min hektar sahədə tərəvəz əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,1 faiz azdır.

Bununla yanaşı, cari ilin ilk 10 ayında tərəvəz yığımında məhsuldarlıq 265 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 14 sentner və ya 5,6 faiz çoxdur.